Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır


  • 14:38

ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək barədə qərarından sonra Kanada bazarlarında Amerika məhsullarının satışı sürətlə azalıb.

E-huquq.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.

Qəzetin yazdığına görə, “Empire Company” şirkətinin baş direktoru Maykl Medlayn mövzu ilə bağlı açıqlama verib.

"Amerika məhsullarının ümumi satışlarımızdakı payı sürətlə azalır", - o deyib.

Qeyd edək ki, ABŞ martın 4-dən Kanada və Meksikadan idxal edilən məhsullara əlavə 25 faiz rüsum tətbiq etməyə başlayıb.

Tramp daha sonra bu ölkələrə “ABŞ-Meksika-Kanada Razılaşması (USMCA)” çərçivəsində olan məhsullara aprelin 2-dək tarif tətbiq etməyəcəklərini açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər