Mozambik və Malavidə qasırğa 9 nəfərin həyatına son qoyub


  • 14 Mart 14:32

Mozambik və Malavidə "Jude" tropik qasırğası nəticəsində 9 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə Mozambikin Milli Fəlakətlərin İdarə Olunması İnstitutunun məlumatına görə, qasırğa nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bildirilib ki, Nampula, Niasa və Zambeziya bölgələrində 9525 nəfər qasırğa nəticəsində didərgin düşüb.

Malavidə səlahiyyətlilər qasırğa nəticəsində 3 nəfərin öldüyünü, şiddətli yağışlar səbəbindən 20 min insanın evsiz qaldığını açıqlayıb.

Malavi Fəlakətlərin İdarə Edilməsi Departamenti evsiz qalanların təxliyə mərkəzlərinə aparıldığını qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər