İtkin düşən 80 yaşlı Alzheimer xəstəsi huşsuz vəziyyətdə tapıldı


  • 14:24

Türkiyənin Kütahya şəhərinin Gediz rayonunda 3 gün əvvəl itkin düşən Alzheimer xəstəsi yaşlı qadın dərə yatağının yanında huşsuz vəziyyətdə tapılıb.

E-huquq.az Tükiyə KİV-ə istinadən xəbər verir ki, 3 gün əvvəl məscidə getmək üçün evdən çıxaraq geri qayıtmayan 80 yaşlı Cevriye Memişlə bağlı başladılan əməliyyat-axtarış tədbirləri çərçivəsində ərazidəki təhlükəsizlik kameraları araşdırılıb.

Məscid istiqamətində getdiyi müəyyənləşən qadının tapılması üçün bölgədə işlər intensivləşdirilib.

Polis, jandarma və mülki axtarış-xilasetmə qruplarının iştirak etdiyi axtarış əməliyyatlarının üçüncü günündə Memiş rayondan təxminən 5 kilometr aralıda, Muhipler gölü ətrafındakı dərə yatağının yanında yarı huşsuz vəziyyətdə tapılıb.

Axtarış-xilasetmə qrupları tərəfindən ilkin tibbi yardım alan Memiş Gediz Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər