- 16:19
Türkiyənin Tuzla şəhərində kimyəvi maddələr istehsal edən zavodun həyətində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yanğın relslərin və mühərrik hissələrinin yerləşdiyi əraziyə keçib və sürətlə böyüyüb.
Hadisə yerinə çoxlu yanğınsöndürənlər göndərilib.
Zavoda sıçrayan yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.
Yanğın nəticəsində zavoda ziyan dəyib.
Şəbnəm Mehdizadə