- 16:19
ABŞ-ın Kaliforniya ştatında güclü yağışlardan sonra daşqın və torpaq sürüşmələri baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya ştatının Riverside qraflığında torpaq sürüşməsi nəticəsində avtomobillər yolda qalıb, ən azı 6 nəfər xilas edilib. Orange rayonunda sel suları avtomobili dərəyə sürükləyib. Sürücü helikopter vasitəsi ilə xilas edilib.
Los-Ancelesin Pico-Rivera şəhərində tornado baş verib. Evlərə və avtomobillərə ziyan dəyib.
Milli Meteoroloji Xidmət yerli əhaliyə 5-ci səviyyəli qasırğa barədə xəbərdarlıq edib.
Los-Anceles dairəsinin bəzi hissələri üçün evakuasiya xəbərdarlığı edilib.
Humay Eminqızı