- 16:19
Türkiyənin Çorum şəhərindəki sənaye bölgəsində qida fabrikində güclü yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə jandarma, xilasedicilər, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğında 4 nəfər tüstüdən zəhərlənib.
Jandarma qrupları fabrik işçilərini təxliyə edib. Tüstüdən zəhərlənən 4 nəfərdən 3-ü xəstəxanaya yerləşdirilib, 1 nəfərə isə ambulator müalicə göstərilib.
Fabrikdəki yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Yanğının söndürülməsi üçün müvafiq tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə