- 16:19
Türkiyədə DHKP/C terror təşkilatına maliyyə dəstəyi göstərməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, həmin şəxslər arasında Ataşehir, Maltəpə, Sarıyer və Şişli bələdiyyələrinin keçmiş işçiləri var.
İstanbul Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində yaxalanan şübhəlilərlə bağlı polis bölməsindəki prosedurlar tamamlanıb.
Sarıyer bələdiyyəsinin sabiq başçısı Şükrü Gəncin aralarında yer aldığı 34 şübhəlinin cinayət işi Çağlayandakı İstanbul Ədliyyəsinə göndərilib.
Şəbnəm Mehdizadə