- 14:50
İsveç hökuməti məktəblərdə smartfonları qadağan etmək qərarına gəlib.
E-huquq.az xəbər verir ki, İsveçin təhsil naziri Lotta Edholm ölkədəki ibtidai və orta məktəblərdə smartfonların qadağan olunduğunu açıqlayıb.
O deyib ki, apardıqları elmi araşdırmalara görə, şagirdlər dərsdə mobil telefon olmadan özlərini daha yaxşı hiss edəcəklər. Smartfonların onların diqqətini yayındırır və imtahan nəticələrinə mənfi təsir edir.
Edholm bildirib ki, tələbələrin mobil telefonları sinifə girməzdən əvvəl toplanaraq seyfdə qoyulacaq. Müəllimlər isə telefonlarını uyğun gördükləri yerə qoyub dərs zamanı istifadə etməyəcəklər.
Nazir bu qadağanın 2026-cı il iyulun 1-dən tətbiq ediləcəyini açıqlayıb.
Şəbnəm Mehdizadə