"Rusiya uzunmüddətli nizamlanmanı zəruri hesab edir" - Yuri Uşakov


  • 13 Mart 16:23

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Valtsa Ukraynada uzunmüddətli nizamlanmanın zəruriliyi ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml nümayəndəsi “Rossiya-1” kanalının “60 dəqiqə” proqramına müsahibəsində danışıb.

“Mən təbii ki, müvəqqəti atəşkəslə bağlı əldə olunan razılaşmaları şərh etdim, mövqeyimizi açıqladım ki, bu, Ukrayna hərbçiləri üçün müvəqqəti möhlətdən başqa bir şey deyil”, - deyib.

Uşakov bildirib ki, Valtsa martın 12-də ona zəng edərək Ukrayna nümayəndə heyəti ilə Ciddədə aparılan danışıqların əsas nəticələri barədə ona məlumat verib.

Uşakov əlavə edib ki, Moskva Vaşinqtonun Ukraynada nizamlanma prosesində Rusiyanın tələblərini nəzərə alacağına ümid edir.

Humay Eminqızı

Oxşar xəbərlər