Qəzzada ölənlərin sayı açıqlandı


  • 13 Mart 15:37

Fələstin Səhiyyə Nazirliyi yanvarın 19-da İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı paylaşıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, son 24 saat ərzində xəstəxanalara 9 ölü və 14 yaralı gətirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 48 min 524, yaralıların sayı isə 111 min 955-ə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər