- 16:23
İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verilən şəxs Türkiyədə saxlanılıb.
E-huquq.az Türkiyə KV-ə istinadən xəbər verir ki, İŞİD üzvü olması səbəbilə axtarışda olan şübhəli Şanlıurfada yaxalanıb.
Polis əməkdaşları terrorla mübarizə çərçivəsində axtarışda olan şübhəlilərin tutulması üçün əməliyyat keçirib. Bu çərçivədə xarici ölkə vətəndaşı M.A.-nın gizləndiyi ünvan müəyyən edilib.
Saxlanılan şəxs deportasiya olunmaq üçün miqrasiya idarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə