Peskov Ukrayna ilə bağlı tələblərin ABŞ-yə təqdim edilməsi barədə məlumatları təsdiqləməyib


  • 15:04

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı sazişin bağlanması üçün tələblərin ABŞ-yə təqdim olunması barədə məlumatları təsdiq etməyib.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, Peskov rəsmi açıqlamalara və rəsmi mənbələrə istinad etməyə çağırıb.

"Xeyr, mən bunu nə təsdiq edə, nə də şərh edə bilmərəm. Bir daha təkrar edə bilərəm ki, reallığa uyğun gəlməyən və yalnız kiçik hissələrdə reallığa uyğun gələn çoxlu məlumatlar var", - deyə Kreml sözçüsü vurğulayıb.

Qeyd edək ki, “Reuters” öz mənbələrinə istinadən yazıb ki, Rusiya Ukraynaya qarşı müharibəni dayandırmaq və Vaşinqtonla münasibətləri bərpa etmək üçün sazişin bağlanmasına dair tələblərin siyahısını ABŞ-yə təqdim edib.

Humay Eminqızı

Oxşar xəbərlər