- 16:23
ABŞ nümayəndələri rus diplomatları ilə görüşmək üçün Rusiyaya gedir.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov Rusiya mətbuatına açıqlamasında deyib.
Onun sözlərinə görə, müvafiq təmaslar planlaşdırılır.
“Hazırda ABŞ və Ukrayna arasında Ciddədə (Səudiyyə Ərəbistanı) aparılan danışıqların nəticələrinə dair məlumatın Rusiya tərəfinə çatdırılması prosesi gedir”, - deyə o əlavə edib.
Eyni zamanda, Peskov Rusiyanın Ukrayna ilə bağlı tələblər siyahısını ABŞ-a təqdim etməsi barədə məlumatları şərh etməyib. O qeyd edib ki, sülh danışıqları hələ başlanmayıb.
Mətbuat katibi bir gün əvvəl ABŞ-ın milli təhlükəsizlik müşaviri Maykl Valzın Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışığı apardığını da təsdiqləyib.
Humay Eminqızı