Çin alimləri kosmosdan insan simasını ayırd edə bilən yeni casus kamerası hazırlayıb


  • 14:14

Çin alimləri kosmosdan insan simasını tanıya bilən dünyanın ən güclü casus kamerasını hazırlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Çin Elmlər Akademiyasının Kosmik İnformasiya Tədqiqatları İnstitutu tərəfindən hazırlanmış texnologiya 100 kilometr məsafədən millimetr səviyyəsində ayırdetmə funksiyasına malikdir.

South China Morning Post qəzetinin məlumatına görə, yeni kəşf Pekinə xarici hərbi peykləri və yer üzündəki müdafiə strukturlarını görünməmiş detallarla izləmək imkanı yaradır.

Lazer görüntüləmə sistemi mövcud casus kameralardan 100 dəfə yüksək nəticə əldə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər