Alimlər kosmosdan gələn sirli radiosiqnallar aşkar edib


  • 13:47

Alimlər elmə məlum olmayan bölgədən gələn sirli radio siqnalları aşkar ediblər.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat “Nature Astronomy” jurnalında dərc olunan “Orbital dövrdə ağ cırtdan binardan sporadik radio impulsları” başlıqlı məqalədə dərc olunub.

Təxminən 10 ildir ki, Böyük Ayı bürcünün istiqamətindən müntəzəm olaraq hər iki saatdan bir radio siqnalları qəbul edilir.

Mütəxəssislər siqnalların iki ölü ulduzdan gəldiyini düşünürlər. Onlardan biri qırmızı cırtdan ulduz, digəri isə ağ cırtdan ulduzdur.

İkili sistem kimi bir-birinin orbitində fırlanan bu ulduzların maqnit sahələrinin qarşılıqlı əlaqədə olduğu və hər iki saatdan bir toqquşaraq radio siqnalları yaydığı təxmin edilir.

İndiyə qədər belə uzun radio siqnallarının yalnız neytron ulduzlarından qaynaqlandığı düşünülürdü. Bununla belə, yeni araşdırma ilk dəfə olaraq kilidlənmiş ikili ulduz sisteminin də oxşar siqnallar verə biləcəyini ortaya qoydu.

Bu radio siqnalları astronomların uzun müddətdir açmağa çalışdıqları sirli sürətli radio partlayışlarına (FRB) bənzəyir. Tədqiqatçılar bildirirlər ki, bu siqnallar daha uzun müddətə malikdir və daha az enerji daşıyır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər