- 16:23
ABŞ-ın Nyu-Cersi ştatında təyyarəyə tısbağa keçirməyə çalışan sərnişin saxlanılıb
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Pensilvaniyada yaşayan sərnişin Nevark Liberty Beynəlxalq Hava Limanında təhlükəsizlik yoxlamasından keçərkən saxlanılıb.
ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsinin (TSA) verilən məlumata görə, əllə axtarış zamanı onun şalvarında gizlədilən əşyanın olduğu müəyyən edilib.
Axtarış zamanı sərnişinin şalvarında tısbağa aşkarlanıb.
Sərnişin Port Authority polisi tərəfindən nəzarət-buraxılış məntəqəsindən uzaqlaşdırılıb.
Tısbağa rəsmilər tərəfindən müsadirə edilib.
Şəbnəm Mehdizadə