ABŞ-də it sahibini güllələyib


  • 13:21

ABŞ-ın Tennessi ştatında it sahibinə silahdan atəş açıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Memfis şəhərində yaşayan Jerald Kirkvoodun iti yatarkən ona silahdan atəş açıb.

Belə ki, pitbull cinsli “Oreo” adlı it tullanarkən tətiyi çəkərək sahibini güllələyib.

Güllə itin sahibinin sol buduna dəyib.

O, dərhal xəstəxanaya çatdırılıb.

Polis istintaq çərçivəsində heç bir cinayət tədbirinin görülməyəcəyini açıqlayıb.

Hadisədən sonra polis silah təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər