Rusiya Ukrayna ilə bağlı danışıqlara dair tələblərini təqdim edib


  • 11:46

Rusiya Ukraynaya qarşı müharibəni dayandırmaq və Vaşinqtonla münasibətləri bərpa etmək üçün sazişin bağlanması tələblərinin siyahısını ABŞ-a təqdim edib.

E-huquq.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, Rusiya və Amerika rəsmiləri son üç həftə ərzində bu şərtləri müzakirə ediblər.

Nəşr eyni zamanda qeyd edib ki, Kremlin şərtləri genişdir və əvvəllər Ukrayna, ABŞ və NATO-ya qarşı irəli sürdüyü tələblərə bənzəyir.

Əvvəllər bu şərtlər arasında Ukraynanın NATO-ya üzvlükdən imtinası, Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməməsinə dair razılaşma və prezident Vladimir Putinin Krımın və Ukraynanın dörd bölgəsinin Rusiyaya məxsus olması barədə bəyanatının beynəlxalq səviyyədə tanınması daxil idi.

ABŞ prezidenti Donald Tramp Vladimir Putinin 30 günlük atəşkəsə razı olub-olmayacağına cavab verməsini gözləyir.

"Putinin potensial atəşkəs razılaşmasına sadiqliyi aydın deyil və təfərrüatlar hələ də yekunlaşdırılmalıdır", - nəşr yazır.

Humay Eminqızı

Oxşar xəbərlər