Avstraliyada məktəbdə 66 dinozavr ayaq izi aşkar edilib


  • 11:28

Avstraliyanın Kvinslend şəhərindəki bir məktəbdə illərdir diqqətdən kənarda qalan qaya parçasının üzərində 66 fosilləşmiş dinozavr ayaq izləri aşkar edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kvinslend Universitetinin paleontoloq alimi Entoni Romilio Banana şəhərindəki məktəbin girişində üç barmaqlı ayaq izləri olan qaya ilə bağlı araşdırma aparıb.

Təhlillər nəticəsində məlum olub ki, qayada təxminən 200 milyon il əvvəl erkən Yura dövrünə aid onlarla dinozavr ayaq izləri var.

Alim tapıntının Avstraliyada indiyə qədər sənədləşdirilmiş dinozavr ayaq izlərinin ən sıx kolleksiyalarından biri olduğunu deyib.

Qeyd edək ki, sözügedən qaya parçası 2002-ci ildə kömür mədənçiləri tərəfindən tapılıb. Üzərindəki qeyri-adi izləri görən mədənçilər bu qalığı Kvinslendin kiçik şəhərlərindən biri olan Biloeladakı məktəbə hədiyyə ediblər. Qaya məktəbin giriş hissəsində sərgilənir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər