ABŞ-nin axtarışa verdiyi məşhur narkotik tacirlərdən biri Meksikada saxlanılıb


  • 11:20

ABŞ-də axtarışa verilən məşhur narkotik tacirlərindən biri Meksikada keçirilən əməliyyat zamanı yaxalanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Qvatemala Daxili İşlər Naziri Fransisko Ximenez məlumat verib.

Nazir Meksikanın Çiapas şəhərində tutulan qvatemalalı Baldomero Samayoa Recinosun Qvatamelaya təhvil verildiyini bildirib.

Saxlanılan şəxsi Qvatemalanın Huehuetenanqo əyalətində kokain ticarəti ilə məşğul olan “Los Huistas” kartelinin liderlərindən biridir.

Ximenez əməliyyatın Meksikada ABŞ, Meksika və Qvatemala rəsmiləri ilə birgə həyata keçirildiyini və Samayoanın ABŞ-da ən çox axtarılan narkotik tacirlərindən biri olduğunu vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər