- 14:40
Türkiyənin İstanbul şəhərində binada yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Kartal səmtində yerləşən yerləşən 6 mərtəbəli istifadəsiz binanın beşinci və altıncı mərtəbələrində naməlum səbəbdən yanğın başlayıb.
Qısa müddətdə böyüyən yanğın binanın çardağını da bürüyüb.
Əraziyə yanğınsöndürmə, polis və tibb qrupları cəlb edildi.
Binanın yaxınlığında yerləşən digər yaşayış binasının sakinləri ehtiyat tədbiri olaraq təxliyə edilib.
Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Bir müddət sonra yanğın nəzarətə götürülüb.
Məhəllə sakinləri yanğın başladığı zaman sözügedən binadan 3 nəfərun çıxaraq uzaqlaşdığını bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə