- 17:48
Nigeriyanın Kebbi əyalətində meningit epidemiyası nəticəsində 26 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları yanvar ayının sonlarında aşkarlanan meningit epidemiyasına yoluxma halarının xeyli artdığını açıqlayıb.
Xəstəliyə yoluxanlarda yüksək hərarət, şiddətli baş ağrısı, boyun tutulması, qarın ağrısı, qusma, ishal və işığa həssaslıq kimi əlamətlər müşahidə olunur.
Rəsmilər indiyədək ümumilikdə 248 yoluxma faktının aşkar edildiyini açıqlayıb.
Epidemiyadan zərər çəkmiş bölgələrə dərman və tibbi ləvazimatlar göndərilməkdədir.
Şəbnəm Mehdizadə