- 17:48
Türkiyənin Şanlıurfa şəhərində yol qəzası nəticəsində 2 polis yaralanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlıurfanın Karaköprü mahalında polis motosikletinin avtomobillə toqquşması nəticəsində 2 polis əməkdaşı yaralanıb.
Yaralılar Mehmet Akif İnan Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Şanlıurfa valisi Həsən Şıldak yaralı polisləri ziyarət edib.
Şəbnəm Mehdizadə