- 17:48
Türkiyənin Yalova şəhərində meşə yanğını başlayıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yalovanın Armutlu rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Yalova valiliyi hadisə ilə bağlı açıqlama yayıb.
Yanğının söndürülməsinə xeyli sayda yanğınsöndürən və 1 su tankeri cəlb edilib.
Hazırda yanğın nəzarət altına alınıb.
Bölgədə soyutma işləri aparılır.
Şəbnəm Mehdizadə