- 17:48
Türkiyənin Niğde şəhərində mumiya satmağa çalışan şəxslər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Jandarma Komandanlığı Niğdenin Bor mahalında tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı 6 nəfər saxlanılıb.
Onlardan birinin ünvanında aparılan axtarışlar zamanı orta əsrlər dövrünə məxsu və xristian şəxsə aid olduğu güman edilən kişi görünüşlü mumiya ələ keçirilib.
Niğde valisi Cahit Çelik mədəni irsi qorumaq üçün bundan sonra da əməliyyatlara qətiyyətlə davam edəcəklərini söyləyib.
Şəbnəm Mehdizadə