- 17:48
Türkiyənin İstanbul şəhərində avtomobil qəzasında 5 nəfər yaralanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Pendik rayonunda hərəkətdə olan avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi dərəyə aşıb.
Qəza zamanı 5 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım, polis və xilasetmə briqadaları cəlb edilib.
Qəza zamanı avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə