Dializ xəstələrini daşıyan mikroavtobus aşıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb


  • 13:34

Türkiyənin Muğla şəhərində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Muğlanın Milas rayonunda dializ xəstələrini daşıyan mikroavtobus idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qəza yerinə çox sayda təcili yardım və jandarma qrupları cəlb edilib.

Xəstələrdən biri hadisə yerində ölüb.

Yaralılar rayon xəstəxanalarına aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər