- 17:48
Pakistanın Bəlucistan əyalətində girov götürülən sərnişinlərdən 155-i xilas edilib, 27 hücumçu zərərsizləşdirilib.
E-huquq.az Pakistan Radiosuna istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyat davam edir.
Əməliyyat zamanı 155 sərnişinin hücumçulardan xilas edilib, 27 hücumçu isə öldürülüb.
Hücumçular qadın və uşaqların da olduğu girovların yanına kamikadzelər yerləşdirib.
Əməliyyat zamanı 37 nəfər yaralanıb.
İndiyədək 8-i təhlükəsizlik işçisi olmaqla 10 nəfər həyatını itirib.
Qeyd edək ki, martın 11-də silahlılar Bəlucistanın Kvetta şəhərindən Peşəvərə gedən qatara silahlı hücum olub. Silahlılar qatardakı 450 sərnişini girov götürüblər. Onlar dəmiryol relslərini partladıb, sonra qatara atəş açıblar. Hadisə zamanı maşinist xəsarət alıb.
Şəbnəm Mehdizadə