Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edildi


  • 12:38

Gürcüstan məhkəməsi sabiq prezident Mixeil Saakaşvilini 9 il müddətinə azadlıqdan məhrum edib.

E-huquq.az xəbər verir ki, M.Saakaşvili yüksək məbləğdə dövlət vəsaitini dağıtmaqda və mənimsəməkdə ittiham olunub.

Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də həbs olunub və bu ittihama əsasən o, 2030-cu il oktyabrın 1-də azadlığa çıxa bilər. Ona qarşı 2007-ci il noyabrın 7-də törətdiyi əməllərə və 2021-ci ildə dövlət sərhədini qanunsuz keçməsinə görə, məhkəmə prosesi davam edir.

Gürcüstan qanunvericiliyinə görə, cinayətlərin birləşməsi halında yekun cəza təyin edilərkən, daha az ağır cəza daha ağır cəza ilə qəbul edilir.

Oxşar xəbərlər