Sərnişin avtobusu yük maşını ilə toqquşub, yaralılar var


  • 11:25

Türkiyədə Kütahya şəhərində sərnişin avtobusu yük maşını ilə toqquşub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Antalyanın Alanya rayonundan İstanbula getmək üçün yola çıxan sərnişin avtobusu Kütahya-Afyonkarahisar dairəvi yolunda yük maşınının arxasına çırpılıb.

Hadisə yerinə xilasedicilər, polis və tibb qrupları cəlb edilib.

Avtobusun qarşısında sıxış qalan şəxs xilasedicilər tərəfindən xilas edilib.

İlkin məlumata görə, qəza nəticəsində 14 nəfər xəsarət alıb.

Yaralılar Kütahya Şəhər Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər