- 15:14
Fransada ötən il kəskin istilər 3 min 711 nəfərin ölümünə səbəb olub.
E-huquq.az xəbər verir ki, bu barədə Fransa İctimai Səhiyyə Təşkilatı məlumat yayıb.
Ölənlərin çoxu 75 və daha yuxarı yaşda olan insanlardır.
Hesabat dövründə 17 mindən çox insana təcili tibbi yardım göstərilib.
10 mindən çox insan isə istiliklə bağlı hipertermiya, susuzluq və hiponatremi kimi diaqnozlarla xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, 2024-cü ilin yayı Fransada ən isti səkkizinci yay kimi qeydə alınıb.
Şəbnəm Mehdizadə