ABŞ-də məhkəmə ölüm hökmünü icra etməyib


  • 10:47

ABŞ-nin Luiziana ştatında məhkəmə ölüm hökmünü icra etməyib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dairə Məhkəməsinin hakimi Shelly Dick bu barədə qərar qəbul edib.

Hakim martın 18-də məhbus Jessie Hoffmanın azot qazı ilə edam edilməsinin dayandırılması barədə qərar qəbul edib.

Hakim öz qərarında ABŞ Konstitusiyasının Səkkizinci Dəyişikliyi çərçivəsində azot qazı ilə edam üsulunun "qəddar və qeyri-adi cəza" olub-olmamasının qiymətləndirilməsinin lazım olduğunu vurğulayıb.

Ştatın baş prokuroru Liz Murrill dərhal qərara etiraz edəcəyini açıqlayıb.

Əgər sözügedən məhbus edam edilərsə, bu, Luizianada son 15 ildə həyata keçirilən ilk edam olacaq.

Qeyd edək ki, Jessie Hoffman fevral ayında dövlətə qarşı qaldırdığı iddiada icranın dayandırılmasını istəyib. Hoffmanın vəkilləri keçən həftə keçirilən iclasda azot qazı ilə edam üsulunun ABŞ Konstitusiyası çərçivəsində “qəddar” olduğunu müdafiə ediblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər