- 15:14
Kolumbiyada bombalı hücum zamanı 5 əsgər həlak olub.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin cənub qərbində yerləşən Balboa qəsəbəsində baş verib.
Körpünü təmir edən əsgərlərə qarşı bombalı hücum təşkil edilib.
Hücum nəticəsində 5 əsgər həyatını itirib, 6 əsgər isə yaralanıb.
Kolumbiyanın müdafiə naziri Pedro Sançez hücumu pisləyib və həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.
Şəbnəm Mehdizadə