Plastik çirklənmə qida çatışmazlığına səbəb ola bilər


  • 11 Mart 17:13

Dünyada sürətlə artan plastik çirklənmə qida çatışmazlığına səbəb ola bilər.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin araşdırmalarına görə, plastik çirklənmə qlobal qida tədarükünə xeyli mənfi təsir edir.

Belə ki, plastik çirklənmə əsas qida mənbələri olan buğda, düyü və qarğıdalı istehsalını 4 faizdən 14 faizə qədər azalda bilər.

2022-ci ildə dünyada təxminən 700 milyon insan aclıqla mübarizə aparıb. Alimlər mikroplastik çirklənmə sayəsində qarşıdakı 20 il ərzində bu rəqəmin daha 400 milyonadək artacağını ehtimal edir.

Tədqiqatı aparan Çinin Nankin Universitetindən Prof. Huan Zhong plastik çirklənmənin qida istehsalında ciddi problemlər yaratdığını deyib.

O, plastik tullantıların azaldılması üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər