Dünya əhalisi havanın çirklənməsi ilə mübarizə aparır


  • 11 Mart 16:05

Dünya əhalisinin böyük qismi havanın çirklənməsi ilə mübarizə apararır. Keçən il dünya şəhərlərinin yalnız 17 faizinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi havanın çirklənməsi standartlarına cavab verdiyi müəyyən edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Hava keyfiyyəti texnologiyası şirkəti "IQAir" 138 ölkədə təxminən 40 min hava keyfiyyətinin monitorinqi stansiyalarından əldə edilən məlumatların təhlili üzrə illik hesabatını dərc edib.

Dünya əhalisinin böyük qisminin hava çirkliliyi ilə mübarizə apardığı vurğulanan hesabatda 2024-cü ildə şəhərlərin yalnız 17 faizinin ÜST tərəfindən müəyyən edilmiş havada “PM2.5 çirkləndirici hissəciklərin sıxlığı” standartlarına cavab verdiyi müəyyən edilib.

Hesabatda havanın ən çox çirkli olduğu ölkələrin Çad, Konqo Demokratik Respublikası, Banqladeş, Pakistan və Hindistan olduğu və ən çox çirkli havaya malik 9 şəhərdən 6-nın Hindistanda olduğuna diqqət çəkilir.

Hesabatda bir çox ölkələrdə daha dəqiq məlumatların əldə edilməsi üçün lazımi monitorinqlərin aparılmadığı, buna görə də havanın çirklənmə dərəcəsinin ölçüləndən çox yüksək ola biləcəyi və daha yaxşı ölçmələr aparmaq üçün havanın keyfiyyətinə nəzarət stansiyalarının sayının artırıldığı vurğulanır.

Hesabatda hava çirkliliyinin "insan sağlamlığı üçün ən böyük ekoloji təhdid olaraq qaldığı" vurğulanır və bir çox şəhərlərdə, xüsusən də Çinin paytaxtı Pekində, Cənubi Koreyanın paytaxtı Seulda və Polşanın Rybnik şəhərində nəqliyyat vasitələri, elektrik stansiyaları və sənayenin səbəb olduğu çirklənmə ilə bağlı daha sərt qaydalar tətbiq edilərək hava keyfiyyətinin yaxşılaşdırıldığı vurğulanır.

Malayziyada yerləşən Sunvay Planet Sağlamlıq Mərkəzinin hava çirkliliyi üzrə mütəxəssisi Fatimah Ahamad, çirkli havanın uzun müddət nəfəs almasının tənəffüs yolu xəstəlikləri, Alzheimer və xərçəng kimi bir çox xəstəliyə səbəb ola biləcəyini ifadə etdi.

Hava çirkliliyinin səviyyəsini azaltmaq üçün daha çox iş görülməsi lazım olduğunu ifadə edən Ahamad, ÜST-nin daha əvvəl açıqladığı məlumatlara görə, dünya əhalisinin 99 faizinin tövsiyə olunan hava keyfiyyəti səviyyələrinə cavab verməyən yerlərdə yaşadığına diqqət çəkdi.

“Əgər suyun keyfiyyəti pisdirsə və ya suyunuz yoxdursa, insanlara gündə yarım saat gözləyin və su gələcək demək olar, amma havanız pisdirsə, insanlara nəfəs almaq üçün fasilə verin deyə bilməzsiniz”, - deyə Əhamad bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər