- 12:38
Türkiyənin İstanbul şəhərində tozlu hava şəraiti müşahidə olunur.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul Texniki Universitetinin (İTU) professoru Prof. Dr. Hüseyn Toros məlumat verib.
Professor səhra bölgələrindən havaya qalxan tozların külək axınları ilə Avropa və Türkiyəyə çata biləcəyini qeyd edib.
Toros tozun havanın keyfiyyətinin dəyişməsinə və atmosferin rənginin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb ola biləcəyini söyləyib.
Şəbnəm Mehdizadə