- 12:38
Almaniyanın 13 hava limanında uçuşlar bərpa edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin ən böyük hava limanlarından biri olan Frankfurt Hava Limanında uçuş əməliyyatları səhər saat 5-dən etibarən bərpa edilib.
Berlin Hava Limanında isə səhər saat 05.30-da uçuşlar başlayıb.
Qeyd edək ki, ökənin ən işlək hava limanları olan Frankfurt və Münhen, eləcə də Düsseldorf, Ştutqart, Dortmund, Hannover, Bremen, Hamburq, Berlin və Leypsiq-Halle hava limanlarında işçilər tətil elan edib.
Alman Hava Limanları Assosiasiyasının (ADV) hesablamalarına görə, ölkə daxilində 3500-dən çox reys ləğv edilib və təxminən 560 min sərnişin zərər çəkib.
İşçilər əmək haqlarının 8 faiz artırılmasını, ayda ən azı 350 avro əlavə müavinət və 3 əlavə məzuniyyət günü tələb edir. Dövlət sektoru üzrə danışıqların növbəti raundunun martın 14-də Potsdamda keçirilməsi planlaşdırılır.
Şəbnəm Mehdizadə