ABŞ-də məktəb avtobusu aşıb, 15 nəfər yaralanıb


  • 11 Mart 15:35

ABŞ-nin Nyu-Cersi ştatının Montvale şəhərində məktəb avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qəza yerli vaxtla 19.30-da baş verib.

Ştat polisi yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirib.

Qəzanın səbəbləri ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Yerli mətbuatın məlumatına görə, avtobusda 30-dan çox adam olub.

Humay Eminqızı

Oxşar xəbərlər