Türkiyədə sərnişin avtobusu yanıb


  • 11 Mart 12:24

Türkiyənin Konya şəhərində sərnişin avtobusu yanıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Konyanın Seydişehir rayonunda baş verib.

Yanğını görən sürücü avtobusu saxlayıb sərnişinləri təxliyyə edib.

Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb qrupları cəlb edilib.

Yanğınsöndürənlər alovu söndürüb.

Yanğın nəticəsində yararsız hala düşüb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər