- 01:14
Türkiyənin Manisa şəhərində fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Manisanın Şehzadeler rayonunda fəhlələri daşıyan idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza zamanı sürücü də daxil olmaqla 8 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, polis və xilasetmə qrupları cəlb edilib.
Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə