İki ayda PKK-ya qarşı 756 əməliyyat həyata keçirildi


  • 10 Mart 20:31

Yanvar və fevral aylarında Tuncelidə terror təşkilatı PKK-ya qarşı 756 əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Tunceli valisi Bülent Tekbıyıkoğlu bildirib.

O, şəhərin təhlükəsizliyi üçün səylərin bundan sonra da davam edəcəyini ifadə edərək deyib:

“2025-ci ilin yanvar-fevral aylarını əhatə edən 2 aylıq müddətdə vilayət sərhədləri daxilində terror təşkilatı PKK-ya qarşı 733 kənd, 23 şəhər əməliyyatları həyata keçirilib. Saxlanılan 15 şübhəlidən 3-ü həbs edilib, 1-i ilə bağlı məhkəmə nəzarəti əməliyyatı keçirilib. 2025-ci ilin ilk 2 ayında FETÖ terror təşkilatına qarşı 4, DHKP-C terror təşkilatına qarşı 1, MKP terror təşkilatına qarşı 3, TKP terror təşkilatına qarşı 3 olmaqla 11 əməliyyat keçirilib”.

Tekbıyıkoğlu vurğulayıb ki, şəhərdə şəxslərə qarşı törədilən cinayətlər 7% azalıb və maarifləndirmə nisbəti 99 faizə çatıb, əmlaka qarşı törədilən dələduzluq və oğurluq cinayətlərində isə 100 faiz azalma müşahidə edilib.

Oxşar xəbərlər