- 20:31
Türkiyənin Kayseri şəhərinin Karakimse ərazisində sürət qatarı yolunun tikintisi zamanı bədbəxt hadisə baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əraziyə iri qaya parçaları düşüb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Kayseri valisi Gökmen Çiçək də hadisə yerinə gedib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Humay Eminqızı