- 20:31
Türkiyənin Sakarya şəhərində minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.
E-huquq.az Türk mətbuatına istinadən xəbər verir ki, Sapanca rayonunda minik avtomobili idarəetmədən çıxaraq qarşı zolaqla hərəkət edən mikroavtobusla toqquşub.
Qəza nəticəsində 5-i uşaq olmaqla 10 nəfər xəsarət alıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Humay Eminqızı