- 17:10
Hindistanın “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ABŞ-a uçuş zamanı sanitar qovşaqda bomba təhlükəsi ilə bağlı olan qeyd yazısı tapıldığı üçün Mumbaya qayıdıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, aviaşirkətin verdiyi açıqlamada “AI119” reysinin Mumbaydan ABŞ-ın Nyu-York şəhərinə uçduğu, uçuş zamanı təyyarənin sanitar qovşağında “bomba təhlükəsi” olan qeydin tapıldığı və təhlükəsizlik protokollarına uyğun olaraq Mumbaya geri dönməyə qərar verildiyi bildirilib.
Təyyarə ətraflı şəkildə araşdırılıb, vəziyyət nəzarət altına alınıb və uçuş təxirə salınıb.
Hindistan hökuməti yalan məlumat verənləri “uçuşuna qadağa qoyulanlar” siyahısına əlavə edilməsi və təyyarələrdə hava marşallarının sayının artırılması barədə bir sıra addımlar atacağını bildirib.
Humay Eminqızı