Ozon qatı bərpa olunub


  • 13:09

Antarktida üzərindəki ozon qatı bərpa olunub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Massaçusets Texnologiya İnstitutundan (MIT) Peidong Wang və onun komandası, elmi araşdırmalar aparan “Nature” jurnalında dərc etdikləri yeni araşdırmada ozon təbəqəsinin insan müdaxilələri nəticəsində bərpa olunduğunu ortaya qoyub.

Belə ki, tədqiqatçılar müxtəlif ssenarilər üzrə atmosfer simulyasiyaları həyata keçirərək ozon təbəqəsindəki dəyişikliklərin səbəbini araşdırıblar.

Real peyk müşahidələri ilə müqayisələr nəticəsində cəmiyyətlərin gördüyü tədbirlər sayəsində ozon dəliyinin yaxşılaşdığı təsdiqlənib.

Qeyd edək ki, ozon qatında yaranan dəliyə səbəb olan xloroflorokarbonlar (CFC) kondisioner, soyuducu sistemlər və aerozol spreylərində geniş istifadə olunur.

197 ölkənin imzaladığı Monreal protokolu çərçivəsində bu zərərli qazların mərhələli şəkildə qadağan edilməsinə qərar verilib.

Qeyd edək ki, Stratosferdə təbii olaraq yaranan Ozon təbəqəsi Yeri Günəşin zərərli ultrabənövşəyi (UV) şüalarından qoruyan qalxan rolunu oynayır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər