- 17:10
Türkiyənin paytaxtı Ankarada FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Məlumata görə, FETÖ terror təşkilatının üzvü, sabiq polis rəisinin evində gizləndiyi müəyyən edilib.
Müxtəlif cinayətlərə görə axtarışda olan şəxs Ankarada keçirilən əməliyyat zamanı saxlanılıb.
Terrorçunun bəzi siyasətçiləri və millət vəkillərini video və səs qeydləri ilə şantaj etdiyi, 2016-cı ildə isə vəzifəsindən uzaqlaşdırıldığı məlum olub.
“FETÖ üzvlərini tək-tək yaxalayacağıq”, - deyə nazir bildirib.
Şəbnəm Mehdizadə