- 17:10
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) iki britaniyalı diplomatın casusluqda şübhəli bilinərək deportasiya edilməsinə qərar verildiyini açıqlayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, FSB-nin verdiyi açıqlamada Britaniyanın Moskvadakı səfirliyində kəşfiyyat fəaliyyəti ilə məşğul olan işçilərin müəyyən edildiyi bildirilib.
Qeyd edilib ki, səfirliyin ikinci katibi Alkeş Odedra və birinci katibin həyat yoldaşı Maykl Skinner Rusiyaya giriş icazəsi alarkən qəsdən yalan məlumatlar verib, bununla da Rusiya qanunlarını pozublar.
Sözügedən diplomatların Rusiyanın təhlükəsizliyini təhdid edən təxribat xarakterli kəşfiyyat fəaliyyətləri həyata keçirdiyinə dair əlamətlər aşkar edilib. Onların akkreditasiyasının ləğvi ilə bağlı qərar qəbul edilib. Diplomatlar iki həftə ərzində Rusiyanı tərk etməlidirlər.
Humay Eminqızı