ABŞ-də vərəm xəstələrinin sayı xeyli artıb, 2 nəfər ölüb


  • 11:58

ABŞ-ın Kanzas ştatında ötən ilin yanvar ayında başlayan vərəm epidemiyası davam edir.

E-huquq.az xarici mətbuata istinadən verir ki, hazırda ştatda 147 nəfərə vərəm diaqnozu qoyulub. Onlardan 67-si aktiv xəstəlikdir.

Bildirilir ki, COVID-19 pandemiyasından sonra vərəm xəstələrinin sayında artım müşahidə edilir.

Digər 80 nəfər isə simptomları olmayan, lakin vərəmə yoluxmuş şəxslərdir.

Epidemiya səbəbindən indiyədək iki nəfər ölüb.

Qeyd edək ki, vərəm dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəliklərdəndir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər