Antarktidada 6 yeni bakteriya cinsi aşkar edilib


  • 11:42

Çin tədqiqatçıları Antarktidada 6 yeni cins və 7 yeni bakteriya növü aşkar ediblər.

E-huquq.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Belə ki, Çin Qütb Araşdırmaları İnstitutunun (PRIC) tədqiqatçıları Antarktidada apardıqları tədqiqatların nəticələrini açıqlayıblar. Tədqiqatçılar araşdırma zamanı 30.000-ə yaxın nümunə toplayıblar.

Alimlər bir çox səyahətlər zamanı toplanan nümunələri araşdıraraq Antarktidada 6 yeni cins və 7 yeni bakteriya növü kəşf edib.

Yeni mikroorqanizmlərin bioloji genetika və gen müxtəlifliyi ilə bağlı araşdırmalar üçün əhəmiyyətli olduğu vurğulanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər