İstanbulda qaldırıcı kran qırılıb: 4 fəhlə yaralanıb


  • 11:24

Türkiyənin İstanbul şəhərində kranın səbətinin qırılması nəticəsində 4 fəhlə yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Bahçelievler adlı ərazisində təmir-tikinti işləri apararkən kranın səbəbi naməlum səbəbdən əyilib.

Qəza zamanı 4 fəhlə hündürlükdən yerə yıxılıb.

Əraziyə polis, xilasedicilər və təcili tibbi yardım qrupları göndərilib.

Qəzada 2-si ağır olmaqla 4 fəhlə yaralanıb.

Yaralılar dərhal xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər